Misli Premyer Liqasının XVII turu çərçivəsində keçirilmiş "Araz-Naxçıvan" - "Sabah" oyunundan sonra təşkil olunmuş mətbuat konfransında baş məşqçi Elmar Baxsıyevin səsləndirdiyi fikirlər: "Maraqlı oyun alındı. Hər iki komanda meydanda ən yaxşısını etməyə çalışırdı. Oyundan məmnunam, komandam meydanda istədiyimi verməyə çalışdı. Futbolda bəzən belə də olur: üstün oynayırsan, qol epizodları yaradırsan, amma məğlub olursan. Bu oyunu unudub, qarşıdakı matçı fikirləşmək lazımdır.
Oyun da göstərirdi ki, hansı komanda qol vursa, o da qələbə qazanacaq".